Müdafiə Nazirliyi: Ermənistana məxsus PUA məhv edilib
21.09.2020Dünən saat 23:13-də Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib. Bu barədə Hakimiyyet.com Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Hazırda məhv edilmiş PUA-nın qalıqlarının aşkar olunması istiqamətində axtarış aparılır.











