"Atalar qızlarına daha çox bağlı olur" –  Xanbabayevadan yeni klip

"Atalar qızlarına daha çox bağlı olur" – Xanbabayevadan yeni klip

21.09.2020 Off By admin

“Hakimiyyət” ictimai-siyasi media portalı xəbər verir ki,

Xalq artisti Zülfiyyə Xanbabayeva yeni mahnısını və klipini təqdim edib.

“Sönməyən atəşim” adlı bəstənin sözləri və musiqisi İsmayıl Əsədova məxsusdur. Ataya həsr edilən ekran işinin rejissorluğunu Delee edib.

Z.Xanbabayeva “Deyirlər, atalar qızlarına daha çox bağlı olur, onları daha çox qoruyurlar. Bu sevgi qarşılıqlı olur. Sözlərlə ifadə oluna bilməyəcək qədər dəyərli və güclü hisslər: Ata və qızı” deyərək, yeni işi haqda fikir bildirib. 

Share