Meyvə-tərəvəz idxalı artıb – AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
21.09.2020Bakı, 21 sentyabr, AZƏRTAC
Bu ilin 8 ayında ölkəyə 215,4 min ton meyvə-tərəvəz idxal edilib.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, idxal edilən meyvə-tərəvəzin dəyəri 131,4 milyon dollar təşkil edib.
Xatırladaq ki, keçən ilin yanvar-avqust aylarında 119,6 milyon dollarlıq 198,5 min ton meyvə-tərəvəz idxal edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin











