Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

24.09.2020 Off By admin

Möhtərəm cənab Prezident.

Məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılmasına xüsusi diqqət göstərməyinizin nəticəsidir ki, bu gün məcburi köçkünlərin əksəriyyəti hər cür şəraiti olan mənzillərlə təmin edilib.

Bizim ailə Ağdam rayonunun Quzanlı qəsəbəsində 689 ailə üçün nəzərdə tutulan məcburi köçkün qəsəbəsində məskunlaşıb. Burada normal yaşayış üçün bütün lazımi şərait yaradılıb.

Cənab Prezident, məcburi köçkünlər üçün gördüyünüz bütün işlərə görə Sizə dərin minnətdarlığımızı bildirir, işlərinizdə uğurlar arzu edirik. Sizi hər zaman dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik.

Hörmətlə,

Cabbarov Oruc Rəhbər oğlu, 2-ci qrup Qarabağ müharibəsi əlili, məcburi köçkün.

Azərbaycan Respublikası, Ağdam rayonu, Quzanlı qəsəbəsi.

Share