Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
24.09.2020Hörmətli cənab Prezident.
Mən iki zabit atasıyam. Yaşım 65 olsa da, ürəyim ön cəbhədə olmaq, düşmənləri yurdumuzdan qovub çıxarmaq, Qələbə bayrağını dalğalandırmaq arzusu ilə döyünür. O gün mütləq gələcək! O zaman bütün şəhidlərimizin, canını Vətən yolunda fəda etmiş qəhrəmanlarımızın ruhları ağ göyərçinə dönüb Vətən göylərində Qələbə nəğməsi oxuyacaq.
Tovuz döyüşləri göstərdi ki, xalqımız Ermənistanın hərbi təcavüzü nəticəsində yaranmış münaqişənin həlli, ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni təxribatlarının qarşısının alınması istiqamətində Sizin yürütdüyünüz siyasəti qətiyyətlə dəstəkləyir. Əli silah tutan vətənpərvər insanlar bu gün özünü Vətənin əsgəri hesab edir və düşmənin ölkəmizə uzanan qanlı əllərini kəsib atmağa hazırdır”.
Hörmətlə,
İbişov İlqar Cavay oğlu
Azərbaycan Respublikası, Saatlı rayonu.











