Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
24.09.2020Hörmətli Cənab Prezident.
Azərbaycan son zamanlar Ermənistanın davam edən və gün keçdikcə şiddətlənən təcavüzünə məruz qalmaqdadır. Dövlətçiliyimizin inkişafı, xalqımızın rifahı, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda apardığınız mübarizədə biz gənclər hər zaman Sizi dəstəkləyirik.
Apardığınız islahatlar nəticəsində Azərbaycan Ordusu gündən-günə inkişaf edir. Ordumuzun döyüşlərdə düşmən qarşısında qazandığı uğurlar bunu bir daha göstərir. Biz Azərbaycan xalqı olaraq fəxr edirik ki, Sizin kimi Liderimiz var. Sizin verdiyiniz qərarlara güvənirik və Azərbaycan xalqı olaraq Sizin əmrinizlə torpaqlarımızı geri qaytarmaq üçün mətanətlə irəli getməyə hazırıq.
Hörmətlə,
Kələşova Nigar Azad qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu.











