Yusif İldırımzadənin ümumiyyətlə qaynı yoxdur- yayılan xəbərlər yalandır!
24.09.2020Bir sıra saytlarda, xəbər portallarında Xətai rayonunun sabiq prokuroru, hazırda təqaüddə olan Yusif İldırımzadənin qaynı Tahir Tağıyevin vəfat etdiyi barədə məlumatlar yayılıb. Bu barədə Hakimiyyet.com media portalı ailə üzvləri ilə əlaqə saxlamış, məlumatın dəqiqliyini öyrənmək istəmişdir. Bizə bildirilib ki, bu xəbər yalandır, Yusif İldırımzadənin vəfat edən Tahir Tağıyevlə heç bir yaxın qohumluq əlaqəsi yoxdur, ümumiyyətlə Yusif müəllimin qaynı yoxdur, saytlarda verilən məlumatlar yalandır!
Füzuli Əfqanoğlu,
“Hakimiyyet.com”











