"Həbsdən qaçış" 3 il sonra yenidən başlayacaq
24.09.2020“Hakimiyyət” ictimai-siyasi media portalı xəbər verir ki,
Bütün dünyada həyəcanla gözlənilən “Həbsdən qaçış” (“Prison break”) serialının bu il 6-cı mövsümü başlayacaq.
bu barədə ekran işinin baş rol aktyoru Dominik Pörsel İnstaqram hesabında məlumat verib.
Qeyd edək ki, serialda Ventuort Miller və Amori Nolasko da çəkilir. Amerikalı rejissor Pol Şoyrinq tərəfindən lentə alınan ekran işinin ilk mövsümü 2005-ci ildə tamaşaçıların ixtiyarına verilib. “Həbsdən qaçış”ın 5-ci mövsümü isə 2017-ci ildə işıq üzü görüb.











