Azərbaycan XİN Litvanı Milli Günü münasibəti ilə təbrik edib
17.02.2020Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Litvanı Milli Günü münasibəti ilə təbrik edib.
APA-nın xəbərinə görə, təbrik XİN-in “Twitter” səhifəsində yerləşdirilib.
“Litvanın Milli Günü münasibətilə dost Litva xalqını ürəkdən təbrik edirik. İnanırıq ki, Litva və Azərbaycan arasında ikitərəfli və çoxtərəfli formatlarda dostluq və tərəfdaşlıq münasibətləri xalqlarımızın xeyrinə davam edəcəkdir”, – XİN bildirib.









