Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə xəbərdarlıq edib
17.02.2020Paytaxtın Heydər Əliyev prospektinin şəhər istiqamətində olan yan yolunda təmir işləri aparılır.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Sürücülərdən ərazidə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətinə uyğun prospektin əsas yolundan istifadə etmələri xahiş olunur.









