Raşida Dati Parisin meri vəzifəsi uğrunda mübarizədə daha şanslıdır
19.02.2020Fransada martın 15-də və 22-də bələdiyyə seçkiləri keçiriləcək.
Paris şəhərinin meri vəzifəsi uğrunda mübarizə aparan namizədlər arasında ilk beşlikdə Ann Hidalqonun, Raşida Datinin, Anyes Büzenin, Sedrik Vilaninin və David Belyardın adları çəkilir.
Fransanın müstəqil tədqiqat İnstitutu “Odoxa”nın “Le Figaro” və CGI Business Consulting üçün apardığı sorğuların nəticələrinə əsasən, Raşida Dati seçkilərin ilk turunda daha şanslıdır.
Sorğuların nəticəsinə əsasən, respublikaçıların nümizədi R.Dati 25 faiz səs çoxluğu ilə sosialistlərin namizədi və Parisin indiki meri Ann Hidalqodan (23 faiz) irəlidədir. “İrəli Respublika” partiyasının (LREM) namizədi Anyes Büzen 17 faiz səslə üçüncü yerdədir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris









