“Qazprom” Çinə iki qaz kəmərinin inşasını nəzərdən keçirir

“Qazprom” Çinə iki qaz kəmərinin inşasını nəzərdən keçirir

06.10.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“Qazprom” Çinə iki yeni qaz boru kəmərinin – birbaşa 30 mlrd. kubmetr və Monqolustan ərazisindən 50 mlrd. kubmetr tutumlu (“Sila Sibiri 2”) – inşasını nəzərdən keçirir.

“APA-Economics” “1Prime”a istinadən xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilir.

Qeyd olunub ki, “Qazprom” Qərbi Sibirdəki yataqlarından Rusiya-Çin sərhədinin qərb hissəsinədək illik 30 mlrd. kubmetr layihə gücü olan boru kəməri inşa etmək imkanını nəzərdən keçirir. Bununla bağlı hazırda Çinin CNPC şirkəti ilə alqı-satqı müqaviləsinin şərtləri müzakirə olunur. 

Əlavə olaraq, Qərbi Sibirdən Monqolustan üzərindən Çinə illik 50 mlrd. kubmetrədək layihə gücü olan qaz kəmərinin də inşası nəzərdən keçirilir.

Share