Azərbaycan Ordusunun əks-hücumu qarşısında tab gətirə bilməyən ermənilər döyüş mövqelərini tərk edərək qaçıb
06.10.2020Azərbaycan Silahlı Qüvvələrinin əks-hücumu qarşısında tab gətirə bilməyən düşmən əsgərləri döyüş mövqelərini tərk edərək qaçıb.
“HAKİMİYYET.com” Trend-ə istinadən verdiyi məlumata görə, bunu bu gün keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.
Onun sözlərinə görə, bu gün düşmən hərbçiləri bir neçə məntəqəni tərk edib: “Əks hücum əməliyyatları davam edir. Düşmən depressiya vəziyyətindədir”.











