“Ermənistan enerji infrastrukturlarını da hədəfə alır ki, bu, digər ölkələr üçün də təhlükə yaradır”
11.10.2020“Hakimiyyet.com” xəbər verir ki,
“Ermənistanın bu əməlləri regional sülhə böyük təhdid yaradır”.
APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilər brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H. Hacıyev deyib ki, Azərbaycan özünün suveren əraziləri çərçivəsində müharibə aparır: “Ermənistan isə öz ərazisindən istifadə etməklə Azərbaycan şəhərlərini atəşə tutur. Ermənistan enerji infrastrukturlarını da hədəfə alır ki, bu da təkcə Azərbaycan deyil, digər ölkələr üçün də təhlükə yaradır”.











