Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

11.10.2020 Off By admin

Möhtərəm cənab Prezident,

Şəhidlərimizin qanı ilə suvarılmış müqəddəs torpaqlarımızın erməni işğalından azad edilməsi münasibətilə Sizi, Birinci vitse-prezident Mehriban xanımı, eləcə də bütün xalqımızı Cəbrayıl rayonunun yeni azad edilmiş Şəybəy kənd sakinləri adından təbrik edir, uzun ömür, cansağlığı arzulayıram. Allahdan ən böyük diləyim odur ki, işğal altında qalan digər bölgələrimiz də tezliklə azad olunsun və Şuşada, Xankəndində qələbə paradı keçirəsiniz.

Uca Tanrı Sizi və müzəffər Azərbaycan Ordusunun bütün əsgər və zabitlərini qorusun, cənab Ali Baş Komandan!

Hörmətlə,

Məmmədov Habil Alıcı oğlu,

Cəbrayıl rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Bakı şəhəri.

Share