Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

11.10.2020 Off By admin

Cənab Ali Baş Komandan, hörmətli Prezident,

Mən çox qürurla və sevinclə Sizin şücaətli, sağlam siyasətinizi dəstəkləyirəm. Sizə, xanımınıza və ətrafınıza “halal olsun!” deyirəm.

Cənab Prezident, televiziyanı müntəzəm izləyərək apardığınız uğurlu siyasətinizə sevinərkən bəzən hiss və həyəcanımı saxlaya bilmirəm. Nə yaxşı ki, varsınız, Allah Sizi xalqımıza çox görməsin.

Hörmətli Prezident, mən hər gün dua edirəm ki, apardığınız işlər uğurla və qələbə ilə başa çatsın. İnanıram ki, yürütdüyünüz ədalətli və haqlı siyasətin qarşısında heç bir qüvvə tab gətirə bilməyəcək. Bu mübarizəni başlatmaqla çox düz iş gördünüz və düşmənin cavabını layiqincə verirsiniz. Şəhidlərin qanı yerdə qalmayacaq deyə şəhid analarının sevincinin həddi-hüdudu yoxdur.

Cənab Ali Baş Komandan! Baxmayaraq ki, 3 azyaşlı övlad atasıyam, Sizin bircə çağırışınızla Vətən üçün canımdan belə keçməyə hazıram!

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Hörmətlə,

Quliyev Ramin Bahadur oğlu.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

Share