Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

11.10.2020 Off By admin

Hörmətli Prezident, cənab Ali Baş Komandan!

Sizin rəhbərliyinizlə aparılan Vətən müharibəsi, Ordumuzun ruh yüksəkliyi ilə torpaqlarımızı azad etməsi biz keçmiş döyüşçülərdə iftixar və qürur hissi doğurur.

Ali Baş Komandan kimi Sizi təbrik edirik! İnanırıq ki, şanlı Ordumuz bu mənfur, riyakar düşmən ordusunun tör-töküntülərini bütün torpaqlarımızdan it kimi qovacaqdır. Ərazi bütövlüyümüz təmin olunacaq, sərhədlərimiz bərpa ediləcək!

Siz bir məğrur və müdrik siyasətçi kimi bütün Azərbaycan xalqının ürəyindəsiniz, qalib Ali Baş Komandan kimi xüsusi hörmət qazanmısınız!

Biz – Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsinin, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Tovuz rayon filialının əlil və müharibə veteranı olan üzvləri Sizin xarici və daxili siyasətinizi ürəkdən bəyənir və dəstəkləyirik.

Sizə uzun ömür, cansağlığı arzulayırıq. Arzu edirik ki, xalqımız rəhbərliyiniz altında gözəl günlər yaşasın!

Tovuz veteranları və müharibə əlilləri də Sizin əmrinizi gözləyir. Ayağı olmayan sürünərək, gözü olmayan hissiyyatı ilə Sizin əmrinizi yerinə yetirməyə hazırdır.

Allah bu yolda Sizə, Ordumuza və xalqımıza kömək olsun!

Hörmətlə,

Vəliyev Etibar,

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsinin və Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Tovuz rayon filialının sədri.

Azərbaycan Respublikası, Tovuz şəhəri.

Share