OPEC təşkilata üzv olmayan ölkələrdə neft hasilatının bu il azalacağını proqnozlaşdırır

OPEC təşkilata üzv olmayan ölkələrdə neft hasilatının bu il azalacağını proqnozlaşdırır

13.10.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2020-ci ildə OPEC-ə üzv olmayan ölkələrdə gündəlik neft hasilatının 2,4 mln. barel azalaraq 62,8 mln. barelə düşəcəyini, 2021-ci ildə isə hasilatın 0,9 mln. barel (gündəlik 63,7 mln. barelədək) artacağını proqnozlaşdırır.

“APA-Economics”in məlumatına görə, bu barədə OPEC-in oktyabr hesabatında deyilir.

“2020-ci il üçün qeyri-OPEC ölkələrində gündəlik neft hasilatı ilə bağlı proqnoz əvvəlki aya nisbətən yenidən 0,31 mln. barel yüksəldilib. Bu, ABŞ-da iyul ayında istehsalın gözləniləndən daha yüksək – günə 0,8 mln. barel artması ilə əlaqədardır. OPEC-ə daxil olmayan ölkələrdə ilbəil neft hasilatının gündəlik 2,4 mln. barel azalaraq 62,8 mln. barelə düşəcəyi gözlənilir”, – hesabatda bildirilir.

2021-ci ildə qeyri-OPEC ölkələri (ABŞ, Kanada, Braziliya, Norveç, Ekvador, Qətər, Qayana, Hindistan və Rusiya) istehsal artımının əsas hərəkətvericiləri olacaq. Misir, Oman, Çin, İndoneziya və Meksikada istehsalın azalacağı proqnozlaşdırılır.

Share