Kriştianu Ronaldu koronavirusa yoluxub
13.10.2020“Hakimiyyet.com” xəbər verir ki,
İtaliyanın “Yuventus” futbol komandasının və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu koronavirusa yoluxub.
APA-nın məlumatına görə, bu barədə Portuqaliya Futbol Federasiyası xəbər yayıb.
Qeyd olunur ki, 35 yaşlı futbolçu özünü yaxşı hiss edir, hazırda özünütəcrid şəraitindədir.











