Bu rayon və kəndlərə giriş-çıxış dayandırılır – Rəsmi
13.10.2020“Hakimiyyət” ictimai-siyasi media portalı xəbər verir ki,
Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarında dəyişiklik edib.
qərara əsasən, operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxışın dayandırılır.
Bu Qərar 2020-ci il 14 oktyabr saat 00:00-dan qüvvəyə minir.











