BVF Azərbaycanda işsizlik üzrə proqnozunu yeniləyib

BVF Azərbaycanda işsizlik üzrə proqnozunu yeniləyib

13.10.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda işsizlik üzrə yenilənmiş proqnozunu artırıb.

“APA-Economics”in BVF-nin “World Economic Outlook” hesabatının oktyabr buraxılışına əsasən verdiyi məlumata görə, 2020-ci ildə Azərbaycanda işsizlik səviyyəsi 6,5% təşkil edəcək, 2021-ci ildə isə azalaraq 5,8%-ə bərabər olacağı gözlənilir.

Fondun 2020-ci və 2021-ci il üçün işsizlik üzrə aprel proqnozu 5%-ə bərabər idi.

Xatırladaq ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci il yanvar ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 81,3 min nəfər olub.

Share