Türkiyədə 1314 nəfər koronavirusdan sağaldı – 62 xəstə öldü
13.10.2020“Hakimiyyət” ictimai-siyasi media portalı xəbər verir ki,
Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 62 nəfər ölüb.
bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
O qeyd edib ki, son 24 saatda 114 992 şübhəli koronavirus testindən keçib, onlardan 1632-nin cavabı pozitiv çıxıb, 1314 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 1416 nəfər olub.
Türkiyədə ümumilikdə 338 779 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 8957 nəfər ölüb.











