Zakir Həsənov təlimdəki vəziyyətə dair məruzələri dinləyib
03.03.2020Genişmiqyaslı komanda-qərargah təlimlərinə rəhbərlik edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin ümumqoşun əməliyyatlarının aparılması zamanı fəaliyyətlərin təşkili üzrə qəbul edilən qərarlara dair məruzələri dinləyib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Müdafiə naziri təlimdə iştirak edən qoşunların idarə olunması üzrə müvafiq tapşırıqlar verib.









