Türkiyə İrana koronavirusla mübarizədə “Skype” vasitəsilə kömək edəcək

04.03.2020 Off By admin

“Türkiyə İran da daxil olmaqla 9 ölkəyə koronavirusla mübarizədə “Skype” vasitəsilə kömək edəcək”.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca deyib.

Nazir İran da daxil olmaqla 9 ölkənin yeni tip konavirusla mübarizədə Türkiyənin apardığı elmi araşdırmaları öyrənmək istədiklərini bildirib.

O, elmi mübadilə prosesinin bu gün başlayacağını vurğulayıb.

Share