Xavyer Perez de Kueler 100 yaşında vəfat edib
05.03.20201982-1991-ci illərdə BMT baş katibi vəzifəsini icra edən Perulu diplomat Xavyer Perez de Kueler 100 yaşında vəfat edib.
Bu barədə RPP radiostansiyasının mesajında deyilir.
Keçmiş baş katibin ölümü barədə oğlu tərəfindən məlumat yayıldığı bildirilir.
Onun sözlərinə görə, ölüm təbii səbəblər nəticəsində baş verib.









