Robert Levandovski Bundesliqanın tarixinə düşüb

Robert Levandovski Bundesliqanın tarixinə düşüb

24.10.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“Bavariya”nın futbolçusu Robert Levandovski Almaniya Bundesliqasında yeni rekorda imza atıb.
 
Apasport.az saytının məlumatına görə, polşalı hücumçu ilk 5 turda 10 qol vurmaqla çempionatın tarixinə düşüb.
 
İndiyədək heç bir futbolçu startda belə məhsuldar olmayıb. Robert buna V turun “Ayntraxt”la görüşündə (5:0) het-trik müəllifi olaraq imza atıb.
 
Polşalı Bundesliqada 11-ci dəfə het-trik edib. O, bu göstəricidə turnirin 4-cü oyunçusudur. Yalnız üç nəfər daha çox het-trik edib.
 
Əfsanəvi Herd Müller əlçatmazdır – 32 dəfə. Klaus Fişer və Mario Qomesin aktivində 12 het-trik var ki, Robertin onlara çatması üçün çox gözləmək lazım gəlməyəcək.

Share