Həbib Nurməhəmmədov karyerasını bitirdiyini açıqlayıb
25.10.2020“Hakimiyyet.com” xəbər verir ki,
“Bu gün demək istəyirəm ki, bu, mənim son döyüşüm idi”.
Apasport.az saytının məlumatına görə, bunu MMA döyüşü üzrə UFC çempionu Həbib Nurməhəmmədov deyib.
Yüngül çəkidə çıxış edən rusiyalı UFC-254-də ABŞ idmançısı Castin Qetjiyə qalib gəldikdən sonra karyerasını bitirdiyini açıqlayıb: “İstədiyim yeganə şey çəkidən asılı olmayaraq 1-ci olmaqdır. Mən bunu haqq etdim. 29 qələbə və bir dənə də olsun məğlubiyyət yoxdur. Promouşenin rəhbərliyinə, hamıya təşəkkür edirəm”.











