Ermənistanın vandalizm aktları nəticəsində 250-dən çox sahibkarlıq subyektinə ziyan dəyib
28.10.2020“Hakimiyyet.com” xəbər verir ki,
Ermənistanın vandalizm aktları nəticəsində Azərbaycanın 9 şəhər və rayonu üzrə 250-dən çox sahibkarlıq subyektinə ziyan dəyib.
Bu barədə “APA-Economics”ə Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib.
Qeyd olunub ki, hazırda sahibkarlara dəyən zərərin müəyyənləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür və sahibkarlara lazımi dəstək göstəriləcək.











