Putin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Türkiyənin iştirakının mümkünlüyünü bildirib
29.10.2020“Hakimiyyet.com” xəbər verir ki,
“İlk mərhələdə döyüş əməliyyatlarını, insanların ölməsini dayandırmaq, danışıqlar masası arxasına oturmaq lazımdır”.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin həllindən danışarkən deyib.
“Minsk qrupu və həmsədrlər tərəfindən formalaşdırılmış təkliflər əsasında, Minsk qrupunun üzvü olan digər ölkələrin – Türkiyə və bəzi Avropa ölkələri daxil olmaqla orada çox ölkə var – iştirakı ilə konsensus və maraqlar balansını tapmaq lazımdır. Bunu etmək olar”, – deyə Rusiya lideri vurğulayıb.











