İşğaldan azad olunmuş ərazilərdə tibbi xidmətlər də təşkil olunacaq
29.10.2020“Hakimiyyət” ictimai-siyasi media portalı xəbər verir ki,
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində fəaliyyət göstərən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına təxirəsalınmaz tibbi yardım göstərilməsi və digər səhiyyə xidmətlərinin təşkil edilməsi nəzərdə tutulub.
Axşam.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanında öz əksini tapıb.
Sənədə əsasən, bu işlər Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birlikdə həyata keçiriləcək.











