Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə bayrağı proyeksiya olunub
29.10.2020“Hakimiyyet.com” xəbər verir ki,
29 Oktyabr – Respublika Günü münasibətilə bu gün Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə Respublikasının bayrağı proyeksiya olunub.
APA-nın xəbərinə görə, bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyinin “Facebook” səhifəsində bildirilib.
Qeyd olunub ki, 29 Oktyabr – Respublika Günü münasibətilə Türkiyənin dövlət bayrağı bu gün Bakının simvollarından biri olan Heydər Əliyev Mərkəzinin binası üzərinə proyeksiya olunub.
“Təşəkkürlər, Azərbaycan!”, – deyə bildirilib.










