İşğaldan azad olunmuş torpaqların sakinləri Ali Baş Komandana minnətdardırlar
29.10.2020Sumqayıt, Göyçay və Xaçmaz regional ədliyyə idarələrində videoqəbula qoşulan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli üzrə zəruri tədbirlərin görülməsi üçün aidiyyəti məsul işçilərə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar işğalçı Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq Ali Baş Komandanın rəhbərliyi ilə Qələbəyə doğru inamla irəliləyən Ordumuza tam güvəndiklərini, böyük ruh yüksəkliyi ilə dövlət başçısının ətrafında sıx birləşdiklərini vurğulayıblar.
İşğaldan azad olunmuş rayonların qəbulda iştirak edən sakinləri öz dədə-baba yurdlarına qayıdacaqlarını səbirsizliklə gözlədiklərini bildirərək onlara yaşatdığı hədsiz sevinc və qürur hisslərinə görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.
Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı











