Ermənilər 84 yaşlı vətəndaşı təhvil almaqdan imtina etdi

Ermənilər 84 yaşlı vətəndaşı təhvil almaqdan imtina etdi

29.10.2020 Off By admin

“Hakimiyyət” ictimai-siyasi media portalı xəbər verir ki,

Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının humanitar addımı kimi birtərəfli qaydada erməni milliyyətindən olan mülki şəxsi – Ermənistan silahlı qüvvələrinin geri çəkilərkən döyüş bölgəsində köməksiz vəziyyətdə buraxıb getdiyi 85 yaşlı Yevgeniya Babayanı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə oktyabrın 28-də Azərbaycan-Gürcüstan sərhədindən keçirilməklə Gürcüstan-Ermənistan sərhədində qarşı tərəfə təhvil verib.

Axşam.az-ın məlumatına görə, komissiyadan bildirilib ki, Hadrut qəsəbəsində öz soydaşlarının köməksiz buraxıb getməsi səbəbindən sağlamlıq durumu ağırlaşmış, lakin Azərbaycan əsgərləri tərəfindən xilas edilmiş 84 yaşlı Mişa Melkumyanı isə Ermənistan tərəfi bir daha qeyri-humanistlik göstərərək son anda təhvil almaqdan imtina edib.

Qeyd edək ki, oktyabrın 29-da Azərbaycan Müdafiə Nazirliyinin iştirakı, ATƏT-in və BQXK-nın vasitəçiliyi ilə Dövlət Komissiyası 30 erməni hərbçisinin meyitini birtərəfli qaydada Azərbaycanın Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində Ermənistan tərəfinə təhvil verib.

Humanitar proses zamanı insident baş verməyib.

Share