"Bağçalarda təhsilin bərpası mümkün görünmür"
30.10.2020“Hakimiyyət” ictimai-siyasi media portalı xəbər verir ki,
“Bağçalarda həm təhsil, həm də qayğı olmalıdır”.
Axsam.az-ın verdiyi məlumata görə, bunu Təhsil naziri Emin Əmrullayev brifinqdə deyib. Nazir bildirib ki, qayğının onlayn təmin edilməsi mümkün deyil:
“Uşaq bağçalarında təhsilə fasilə davam edəcək, onlarda təhsilin bərpası mümkün görünmür”.
E. Əmrullayev əlavə edib ki, tətil davam etdiriləcək: “Bu məsələyə sonra baxılacaq, amma ən azı iki həftə belə davam edəcək”.











