Erməni təxribatı nəticəsində 91 mülki şəxs həlak olub, 400 nəfər yaralanıb
30.10.2020“Hakimiyyət” ictimai-siyasi media portalı xəbər verir ki,
Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycanın ölən və yaralanan mülki vətəndaşlarının statistikası açıqlanıb.
Bu haqda Baş Prokurorluq məlumat yayıb. Sentyabrın 27-dən hazırkı vaxtadək Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində 91 mülki şəxs həlak olub, 400 nəfər yaralanıb.
Onlardan 1 körpə, 10 uşaq, 27 qadın, 53 kişi və 15 ahıl şəxs həlak olub. 14 körpə, 36 uşaq, 101 qadın, 249 kişi və 45 ahıl şəxs isə xəsarət alıb.











