Azərbaycan Ermənistanın cinayət əməlləri ilə bağlı Avropa Məhkəməsinə müraciət edib

Azərbaycan Ermənistanın cinayət əməlləri ilə bağlı Avropa Məhkəməsinə müraciət edib

30.10.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“Azərbaycan oktyabrın 27-də Ermənistanın cinayət əməlləri ilə bağlı Avropa Məhkəməsinə müraciət edib”.

APA-nın məlumatına görə, bunu bu gün Ermənistan tərəfindən ölkəmizin cəbhə xəttindən uzaqda yerləşən müxtəlif bölgələrində, o cümlədən Gəncə və digər şəhərlərdə dinc əhaliyə qarşı törədilmiş cinayətlərin istintaqının ilkin nəticələrinə dair brifinqdə Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov bildirib.

E. Əmirbəyov deyib ki, güclü sübutlar artıq Avropa Məhkəməsinə təqdim edilib: “Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsi – həyat hüququnun pozulması ilə bağlı Azərbaycan tərəfi dolğun məlumatlar təqdim edib. Ümid edirik ki, yaxın zamanlarda Azərbaycanın müraciəti cavablandırılacaq”. 

Share