“Huawei” smartfonlarının qlobal satışları 23% azalıb

“Huawei” smartfonlarının qlobal satışları 23% azalıb

30.10.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bu ilin III rübündə “Huawei” smartfonlarının qlobal satışları 51,7 mln. vahid təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23% azdır.

“APA-Economics”in məlumatına görə, bu barədə CNBC “Canalys”in hesabatına istinadən xəbər verir.

Hesabatda bildirilir ki, satışlardakı azalma ABŞ-ın sanksiyaları ilə əlaqədardır. İyul-sentyabr aylarında qlobal smartfon bazarı 1% (348 mln. yeni cihaz) azalıb.

“Huawei”in xarici bazarlarda satış itkiləri daha əhəmiyyətli olsa da, Çin bazarında azalma 15% təşkil edib. İT nəhəngin əsas problemi “Google” servislərinin “Huawei” smartfonlarında olmaması ilə əlaqədardır.

Gələcəkdə “Huawei”in komponent çatışmazlığı ilə qarşılaşacağı istisna olunmur. Belə ki, sentyabrın 15-dən etibarən Tayvanın TSMC şirkəti “Huawei” üçün “Kirin” prosessorlarının istehsalını dayandırıb.

Share