Avropa və Mərkəzi Asiyada ən ucuz pulköçürmə dəhlizi Rusiya ilə Azərbaycan arasındadır

Avropa və Mərkəzi Asiyada ən ucuz pulköçürmə dəhlizi Rusiya ilə Azərbaycan arasındadır

30.10.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Dünya Bankının (DB) yeni araşdırmasına əsasən, 2020-ci ilin III rübündə Avropa və Mərkəzi Asiya regionunda pul köçürmələri üzrə ən aşağı xərclər Rusiyadan Azərbaycana yönələn transferlər üzrə olub. Hər göndərilən 200 ABŞ dollarına xərclənən vəsait ortalama 1% təşkil edib.

“APA-Economics”in banka istinadən verdiyi məlumata görə, ümumilikdə, sözügedən regionda bu ilin III rübündə ortalama hər göndərilən 200 dollara xərclənən vəsait illik müqayisədə 0,1 faiz bəndi azalaraq 6,5%-ə enib. Rusiyanı çıxmaq şərti ilə isə orta göstərici 7%-dən 6,9%-ə düşüb. Rusiya dünyada pul köçürmələrinə ortalama ən az xərcləyən ölkə qalsa da, ölkədə sözügedən göstərici 1,54%-dən 1,94%-ə yüksəlib. Bunun əsas səbəbi kimi, Ermənistan və Tacikistana yönələn transfertlərinin qiymətinin artması göstərilir.

Qeyd edək ki, bu ilin III rübündə pul köçürmələri üçün ən bahalı dəhlizlər Türkiyə-Bolqarıstan, İsveçrə-Albaniya, Böyük Britaniya-Albaniya, ən ucuz isə Rusiya-Azərbaycan, Rusiya-Gürcüstan və Rusiya-Qırğızıstan dəhlizləri olub.

Share