Azərbaycanda debet kartları ilə əməliyyatların həcmi sentyabrda 3% azalıb

Azərbaycanda debet kartları ilə əməliyyatların həcmi sentyabrda 3% azalıb

30.10.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Azərbaycanda dövriyyədə olan debet kartları ilə bu ilin sentyabr ayı ərzində 2,246 mlrd. manat həcmində əməliyyat həyata keçirilib.

Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, əməliyyatların həcmi aylıq müqayisədə 3,4% azalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə 26,5% artım qeydə alınıb.

Sentyabr ayı ərzində debet kartları ilə həyata keçirilən ölkədaxili əməliyyatların 1,599 mlrd. manatı ATM, 247 mln. manatı POS-terminallar vasitəsilə həyata keçirilib, 288 mln. manatı isə elektron ticarət əməliyyatlarının payına düşüb.

Beləliklə, ölkədaxili əməliyyatların həcmi 2,134 mlrd. manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 3,7% azalıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 28,5% artım deməkdir.

AMB-nin məlumatına əsasən, ölkə xaricində debet kartları ilə hesabat ayında 112 mln. manat əməliyyat həyata keçirilib. Bu da əvvəlki ayla müqayisədə 2,7% artıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,6% azalıb.

Qeyd edək ki, cari ilin oktyabrın 1-nə Azərbaycanda 7 910 min debet kartı olub. Bu, aylıq müqayisədə 2,2%, illik müqayisədə isə 21,6% artım deməkdir.

Share