Çempionlar Liqasında həftənin oyunçusu açıqlanıb
30.10.2020“Hakimiyyet.com” xəbər verir ki,
Çempionlar Liqasında həftənin oyunçusu bəlli olub.
Apasport.az saytının məlumatına görə, mükafata “Mançester Yunayted” klubunun futbolçusu Markus Reşford layiq görülüb.
O, UEFA-nın azarkeşlər arasında keçirdiyi səsvermədə qalib olub. Buna hücumçunun qrup mərhələsinin II turunun “Leypsiq”lə qarşılaşmasında sonradan meydana daxil olaraq 3 qol vurması səbəb olub.











