Polad Həşimovun adı İstanbulda kitabxanaya veriləcək
30.10.2020“Hakimiyyət” ictimai-siyasi media portalı xəbər verir ki,
Bu ilin iyulunda Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində hücum cəhdi zamanı şəhid olmuş general-mayor Polad Həşimovun adı İstanbulda əbədiləşdiriləcək.
Axşam.az “Report”a istinadən xəbər verir ki, onun adı Şəhid Adil Doğan adına məktəbin kitabxasına veriləcək.
Layihə İstanbul Universitetində təhsil alan azərbaycanlı tələbələrin yaratdığı İstanbul Universiteti Qardaşlıq və Həmrəylik Cəmiyyətinin üzvlərinin təşəbbüsü və Beykoz rayon rəhbərliyinin dəstəyi ilə reallaşıb. Kitabxananın açılışı noyabrın 9-da baş tutacaq.











