"Övladım da bu il birinci sinfə gedib, problemdən xəbərdaram"
30.10.2020“Hakimiyyət” ictimai-siyasi media portalı xəbər verir ki,
“Mənim övladım da bu il birinci sinfə gedib”.
bunu Təhsil naziri Emin Əmrullayev brifinqdə deyib. Nazir 1-ci sinif şagirdlərinin hələ hərf yazmağı öyrəndiyi bir vaxtda məktəblərin tətilə çıxması ilə bağlı yaranan problemi şərh edib:
“Birinci siniflərlə bağlı situasiyadan həm də valideyn kimi xəbərdaram. Övladım təhsilə ilk olaraq onlayn keçdiyi üçün buna öyrəşib”.











