İtaliyada son sutkada koronavirusa rekord sayda yoluxma qeydə alınıb
31.10.2020“Hakimiyyet.com” xəbər verir ki,
İtaliyada son sutka ərzində koronavirusa rekord sayda yoluxma qeydə alınıb. Ötən günlə müqayisədə yoluxma sayı 4 mindən çox artaraq 31084 nəfərə yüksəlib.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, bu günədək ölkə üzrə ümumilikdə 647 674 COVID-19 hadisəsi qeydə alınıb.











