Bakı sakininə 8 bıçaq zərbəsi vurulub
31.10.2020“Hakimiyyet.com” xəbər verir ki,
Bakının Suraxanı rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.
APA xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.
Belə ki, Oqtay Şabanov küçəsində 1988-ci il təvəllüdlü Qasımov Kamil Bəhmən oğlu tanıdığı şəxslə mübahisə edib. Mübahisə davaya çevrilib. Hələlik naməlum şəxs K.Qasımova bıçaq bir neçə xəsarət yetirib.
Yaralı xəstəxanaya yerləşdirilib. Xəstəxananın növbətçi cərrahının APA-ya verdiyi məlumata görə, K.Qasımovun bədənin müxtəlif nahiyələrinə 8 bıçaq zərbəsi vurulub.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi araşdırma aparır.











