Ermənistan yalan məlumat yaymaqda davam edir

Ermənistan yalan məlumat yaymaqda davam edir

31.10.2020 Off By admin

“Hakimiyyət” ictimai-siyasi media portalı xəbər verir ki,

Azərbaycan Ordusu tərəfindən guya fosfor tərkibli sursatların tətbiq olunması ilə bağlı Ermənistanın iddialarının heç bir əsası yoxdur.

 bu barədə Müdafiə Nazirliyindən bildirilib.

“Rəsmi olaraq bildiririk ki, Azərbaycan Ordusunun silahlanmasında beynəlxalq hüquqla qadağan olunmuş heç bir silah və sursat yoxdur. Bu kimi əsassız xəbərlər yaymaqla Ermənistan dinc azərbaycanlı əhaliyə qarşı törətdikləri hərbi cinayətləri gizlətmək məqsədini güdür”, – məlumatda deyilir.

Share