Gürcüstanda son sutkada daha 1673 nəfər koronavirusa yoluxub
31.10.2020“Hakimiyyet.com” xəbər verir ki,
Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1673 yoluxma halı qeydə alınıb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın hökumət administrasiyasının rəhbəri Natia Mezvrişvili bildirib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 38 936 nəfərə çatıb.
Virusa yoluxanlardan 22 691 nəfərin sağaldığı bildirilir.











