Ceyhun Bayramov Mövlud Çavuşoğluna zəng edib
31.10.2020“Hakimiyyet.com” xəbər verir ki,
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğluna zəng edib.
Bu barədə Ceyhun Bayramov “Facebook” səhifəsində bildirib: “Qardaşım Mövlud Çavuşoğlu ilə telefon danışığında İzmir zəlzələsi nəticəsində həyatını itirənlərin ailə və yaxınlarına dərin hüznlə başsağlığı bildirdim, yaralılara Allahdan şəfa dilədim. Həmrəyliyimiz, dəstəyimiz, dualarımız sizinlədir, qardaş Türkiyə!”.











