Ermənilər 91 mülki şəxsi öldürüb
31.10.2020“Hakimiyyət” ictimai-siyasi media portalı xəbər verir ki,
Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycan mülki vətəndaşlarının sayı açıqlanıb.
bu haqda Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində 91 mülki şəxs həlak olub, 404 nəfər yaralanıb. Bundan başqa, 455 mülki obyekt, 2465 yaşayış evi və 97 çoxmənzilli yaşayış binası yararsız hala düşüb.










