Süleyman Soylu koronavirusa yoluxub

Süleyman Soylu koronavirusa yoluxub

31.10.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə nazir “Twitter”də bildirib.

O, özü ilə bərabər həyat yoldaşı və qızının da COVID-19 testinin pozitiv çıxdığını qeyd edib.

Nazir özünün və ailə üzvlərinin səhhətlərinin normal olduğunu və həkimlərin tövsiyəsi ilə müalicələrini xəstəxana şəraitində davam etdirdiklərini vurğulayıb.

Share