Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

31.10.2020 Off By admin

Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan.

Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığınız uğurlu haqq davanız bizi çox sevindirir və bununla qürur duyuruq. Sizin erməni vəhşilərinə, terrorçularına qarşı başladığınız sülhə məcburetmə savaşı təkcə onların uzun illərdir işğal etdikləri Qarabağ torpaqlarından çıxmalarını yox, həm də bütün regionun sabitliyini təmin edəcək.

Erməni vandalları tarixən xalqımıza qənim kəsilmiş və həmişə Azərbaycan torpaqlarına göz dikmişlər. Sizin sayənizdə Azərbaycan Ordusu bu gün tariximizdə yeni zəfər səhifəsi açaraq ərazi bütövlüyünün təmin olunması və Qarabağın işğaldan azad edilməsi tarixini yazır. Başladığınız haqq davası ilə dünyaya bir daha sübut etdiniz ki, Azərbaycan xalqı sülhsevər olduğuna görə ərazi bütövlüyünü sülh yolu ilə təmin etmək üçün uzun illərdir hərbi yola əl atmamış, səbr etmişdir. Ermənistan hakimiyyətinin və şovinist ermənilərin pis xislətləri bu savaşda da özünü göstərir. Belə ki, bizim ordumuz öz torpaqlarımızda erməni hərbçiləri ilə döyüş apardıqları halda, onlar yaşayış məntəqələrinə atəş açaraq günahsız və dinc əhaliyə, yaşlı və körpə insanlara qarşı müharibə cinayəti törədirlər. Onların bu əməlləri sübut edir ki, müzəffər Ordumuzun qarşısında tab gətirə bilmədiklərinə görə dinc əhalidən qisas alırlar.

Müzəffər Ali Baş Komandan, məlumdur ki, ölkəmizin hərtərəfli inkişafı üçün əlinizdən gələni əsirgəmirsiniz. Buna görə də şanlı Ordumuz bu gün ön cəbhədə mühüm uğurlar qazanır. Xalqımız inanır ki, Sizin siyasətiniz və yenilməz Ordumuzun qəhrəmanlığı sayəsində Azərbaycanın ərazisi bütövləşəcək, işğal olunmuş ərazilər azad ediləcək və ölkəmizin rifahı yüksələcəkdir. Bu yolda biz də Sizin yanınızdayıq. Azərbaycanın təhlükəsizliyinin təmin olunmasını və davamlı inkişafını Sizinlə birlikdə olmaqda görürük. Həyatınızı dövlətimizə və xalqımıza həsr etdiyinizə görə Sizə minnətdarıq.

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Elçin Abdullayev

Azərbaycan Respublikası, İmişli şəhəri.

Share